AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ı aldadan azərbaycanlı “dərin dövlət”in adamı çıxdı - Prezidenti devirmək PLANI

  • + A
  • - A
  • 31-03-2017, 15:20

    ABŞ-ı aldadan azərbaycanlı “dərin dövlət”in adamı çıxdı - Prezidenti devirmək PLANI















    Azərbaycan əsilli iş adamı, sanksiyaların tətbiq edildiyi zaman İranın pulunu gizli yollarla xaricə çıxardığı üçün hazırda ABŞ-da həbs olunan Rza Zərrabın Türkiyə “dərin dövləti”nin adamı olduğu ortaya çıxıb.

    Publika.az xəbər verir ki, türkiyəli jurnalist Cem Küçük Zərrabın Ərdoğanın tapşırıqlarını yerinə yetirdiyini açıqlayıb.

    “Zərrab Ərdoğanın tapşırığı ilə İrana qarşı sanksiyaları dələn şəbəkə yaradaraq, “Xalq bank”a və Türkiyəyə milyonlarla dollar pul qazandırıb. Zərrab Türkiyə dövlətinin bir layihəsidir, bizim adamımızdır”, - deyə o bildirib.

    Küçük FETÖ-nün Türkiyədə 2013-cü ildə törətdiyi “17-25 dekabr” hadisələrində işdən çıxarılan 4 keçmiş nazirə ABŞ-a getməmək çağırışı edib: “ABŞ-a getməyin, sizi də həbs edərlər”.

    Onun sözlərinə görə, Rza Zərrabın “17-25 dekabr” hadisələri zamanı həbs olunması Ərdoğanı məhkəmə qarşısına çıxarmaq planının bir hissəsidir.

    Qeyd edək ki, Türkiyədə FETÖ terror təşkilatına bağlı polislər 2013-cü ilin 17 və 25 dekabr tarixlərində Ərdoğanı devirmək üçün həbslər həyata keçirmişdi. Həmin vaxt Rza Zərrab da həbs olundu. Lakin daha sonra Ərdoğanın təlimatı ilə onu həbsxanadan buraxdılar.

    Zərrab 2016-cı ildə ABŞ-a turist kimi səfər edərkən, anti-sanksiya mexanizmi yaratmaq ittihamı ilə həbs olunub. Hazırda o, Nyu-York həbsxanasında saxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR