ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın “Adrian Darya 1” tankerinə qarşı sanksiya tətbiq edib.
oxu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.