AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsgər getməmək üçün 81 yaşlı dayısı qızı ilə evləndi – Foto

  • + A
  • - A
  • 28-09-2019, 12:30

    Əsgər getməmək üçün 81 yaşlı dayısı qızı ilə evləndi – Foto

    Ukraynada hərbi xidmətdən yayınmaq istəyən 24 yaşlı gənc qəribə yola əl atıb.

    “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Kondratyuk 81 yaşlı əqli qüsurlu dayısı qızı ilə evlənib. Ukrayna qanunvericiliyinə görə, fiziki məhdudiyyətli həyat yoldaşına qulluq edən şəxslər hərbi xidmətdən azad oluna bilərlər. Bu səbəbdən Aleksandr özündən 57 yaş böyük Zinaida İllarionovna ilə evlənib.

    Jurnalistlər məsələdən xəbər tutduqdan sonra qadınla əlaqə saxlayaraq ondan gənc ərinin məqsədini soruşublar. Zinaida iddiaları rədd edərək ərinin ona çox yaxşı baxdığını deyib. Qonşular isə əksinə, Aleksandrın Zinaidanın evinə gəlmədiyini bildiriblər.

    Bununla belə, Aleksandr 81 yaşlı qohumu ilə nikah şəhadətnaməsini sübut olaraq komissarlığa təqdim edib və hərbi xidmətdən yayınıb.
    Əsgər getməmək üçün 81 yaşlı dayısı qızı ilə evləndi – Foto
    Əsgər getməmək üçün 81 yaşlı dayısı qızı ilə evləndi – Foto


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR