“Mən müharibələrdən çıxmağa çalışıram, həmçinin ola bilər, bizə müharibələrə daxil olmaq lazım gələcək”.
Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
O, İranı “qəbuledilməz hərəkətlərini davam etdirəcəyi təqdirdə" görünməmiş güc zərbəsi ilə hədələyib.
“Biz nə vaxtsa olduğundan daha yaxşı hazırlaşmışıq. Əgər İran nəsə etsə, ona heç vaxt vurulmadığından (güclü-red) zərbə vurulacaq”.
Qeyd edək ki, ABŞ və İran arasında münasibətlərdə gərginliyin son həddi Yəməndəki husi qüvvələrinin Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumları ilə bağlıdır. ABŞ bu məsələdə İranı ittiham edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.