AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır

  • + A
  • - A
  • 9-12-2019, 16:21

    Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır


    Ermənistan televiziya kanalı İqdırı Ermənistan şəhəri kimi təqdim edib.

    Bu barədə fikir erməni telekanalı Western Armenia TV-nin havanın çirklənməsi mövzusunda reportajı zamanı səsləndirilib.

    Reportajda Türkiyənin İqdır şəhəri “Qərbi Ermənistan” şəhəri kimi verilib.

    Bu fakt İqdırda ciddi narazılığa və etiraza səbəb olub.

    Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, “Qərbi Ermənistanın İqdır şəhəri” ifadəsindən istifadə edilməsi anlaşılan deyil: “İqtidar bir türk şəhəri, türk torpağıdır. Ermənistan hər fürsətdə arzusunu ortaya qoyur. Bu bir daha göstərir ki, ermənilərin gözü illərdir ki, türk torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan belə türk torpağıdır, Qərbi Azərbaycanın bir hissəsidir. Ermənilər türkcə televiziya qurublar, təbliğat aparırlar. Məqsədləri türk torpaqlarını Ermənistan torpaqları kimi göstərərək əməliyyat həyata keçirməkdir”.

    Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASINDER) başçısı Çöksəl Gülbəy hesab edir ki, televiziya yayımına icazə verən Ermənistan türk torpaqları üzərində tələblərini gündəmə gətirməyə çalışır. Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” adlı hökumət qurulduğunu xatırladan başçısı Çöksəl Gülbəy deyib ki, bu məsələlərə ciddi yanaşılmalıdır:

    “Sözdə Qərbi Ermənistandan yayım edən TV kanalında İqdırın Ermənistan şəhəri kimi təqdim edilməsi və yaxın zamanlarda Fransada sözdə Qərbi Ermənistan hökumətinin qurulduğunun açıqlanması, habelə internet üzərindən 40 dollar qarşılığında vətəndaşlıq verilməsinin elan olunması qəbul ediləcək hal deyil. Avropada yaşayan və 1915-ci ildə Osmanlı İmperatorluğu dövründə sürgün olunan erməni ailələrinin davamçıları tərəfindən başladılan bu hərakat Fransa və Ermənistan tərəfindən dəstəklənir. İqdır daxil olmaqla 20 Şərqi Anadolu və cənub- şərq şəhərlərimizi sözdə Qərbi Ermənistan dövlətinin şəhərləri olaraq göstərən bir TV-nin yayımına icazə verən Ermənistan dövləti Türkiyə torpaqları üzərində tələbini ortaya qoyub. Bu qonşu ölkənin torpaqlarına göz dikmək, açıq müharibə elanı verməkdir”.

    Çöksəl Gülbəy hesab edir ki, məlum TV kanalının yayımında səsləndirilən iftiralara görə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistana nota verməlidir: “Günlərdir yayım həyata keçirən sözdə Qrbi Ermənistan dövlət televiziyası adlı telekanalın fəaliyyətini dayandırmaq lazımdır. Biz bu telekanalın fəaliyyətini və Fransa ilə Ermənistanın bu telekanala dəstək verməsini qəti şəkildə pisləyirik”. (teleqraf.com)

    Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR