Osman Gündüz,
Milli İnternet Forumunun prezidentiETN ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.
Artıq uşaq bağçalarına qəbul zamanı tibb müəssisələri tərəfindən elektron şəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək.
Arayış valideynin şəxsi kabinetində və qəbul olunduğu bağçanın inzibatçı kabinetində əks olunacaqdır.
Yəni bu elektron arayışı yenidən kağıza çevirib bağçaya fiziki şəkildə təqdim etməyə ehtiyac qalmır.
Rahatlıq, şəffaflıq, xərclərin azaldılması və kağızdan imtina baxımından mühüm bir addımdır.
Yeri gəlmişkən, uşaq bağçalarına qəbulla bağlı Qaydalara baxanda hələlik olarada digər kağız sənədlərin tələb olunduğu da görsənir.
Hansı ki artıq diqqət etdikdə görünür ki, orada tələb olunan kağız sənədlər siyahısı artıq öz əhəmiyyıtini itirib. Həmin sənədlər ETN sistemində mövcuddur, yaxud da onun inteqrasiya olunduğu qurumlardan real vaxtda generasiya oluna bilir.
Ümid edirəm ETN "2024/2025-cü tədris ili üzrə dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına dair TƏLİMAT" a yenidən nəzər salacaq.
Uşaq bağçaları üçün tibbi arayışları rəqəmsallaşdıran komandaya, əməyi keçənlərə təşəkkürlər !
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.