Yanvar ayında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 1 400-dən çox vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb
Yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 1 462 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
Bununla yanaşı Xidmət tərəfindən 1 601 sorğu və məktuba baxılıb. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 1 418 nəfər olub.
Daxil olan müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.