AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp İordaniya kralı ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 08:03

    ABŞ prezidenti Donald Tramp Ağ Evdə İordaniya kralı II Abdullahı qəbul edib.

    AzadMedia.az xəbər verir ki, görüş zamanı Qəzza zolağında 15 aydan çox davam etdikdən sonra atəşkəs vasitəsilə fasilə verilən müharibə və onun regiona təsiri əsas müzakirə mövzusu olub.

    Tramp özünün Qəzza planından və qəzzalıların İordaniyaya köçürülməsi ehtimalından bəhs edib.
    Tramp, İordaniya Kralı II Abdullah ilə görüşündə Qəzzanın müharibədən sonrakı dövr ərzində "ABŞ-ın səlahiyyətinə" keçməli olduğu fikrini təkrarlayıb.
    Qəzzalıların anklavda sağlam həyat sürmə imkanlarının olmadığını və bölgədə yenidənqurma işlərinin aparılmalı olduğunu vurğulayan Ağ Ev lideri, bu müddət ərzində qəzzalıların qonşu İordaniya və Misirə köçürülməli olduqlarını deyib.

    Fələstin administrasiyasının "Qəzza satışa qoyulmayıb, biz oranı satmayacağıq" sözlərinə münasibət bildirən Tramp Qəzzanın satın alınacaq vəziyyətdə olmadığını və belə bir planlaırnın olmadığını, lakin həm regionun təhlükəsizliyi, həm də anklavıda inşa prosesinin arzuolunan şəkildə aparılması üçün oranın ABŞ-nin nəzarətinə keçməli olduğunu qeyd edib.

    “Heç haranı almağı düşünmürük. Hədəfimiz Qəzza zolağını bu taleyüklü dövrdə nəzarətdə, özümüzdə saxlayamaq və əmin omaqdır ki, orada sülh olsun və əlavə heç bir problemlə üzləşilməsin. Biz Fələstin anklavını düzgün idarə etməyə qadirik - Tramp bildirib.
    Eyni zamanda, Ağ Ev rəhbərinin sözlərinə görə, onun planı anklavda mehmanxanaların, ofis binalarının, yaşayış evlərinin tikintisini nəzərdə tutur.
    Qəzza əhalisini daimi olaraq köçürmə ehtimalı ilə bağlı suala Tramp onların orada yaşamalarını istəməyəcəyini bildirib. O, Misir və İordaniyadakı ərazilərin fələstinlilərin məskunlaşması üçün ayrılacağına əminliyini ifadə edib.

    Digər tərəfdən, İordaniya kralı Abdulla Trampın Qəzza ilə bağlı açıqlamalarına cavab olaraq ehtiyatlı ifadələr işlədib və gözlənildiyi kimi qəti fikirlərdən yayınıb.

    Kral Abdullah Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla ərəb ölkələrinin Fələstinlilərlə bağlı hər kəsin xeyrinə olan planın necə həyata keçiriləcəyi ilə bağlı danışıqlar apardıqlarını və bu danışıqlarda dəqiqləşdirilməli bir çox nüansın olduğunu diqqətə çatdırıb.
    "Bu yalnız bizim istəyimizlə baş tutacaq bir şey deyil. Fələstinlilərin razılığı olmadan onların hər hansı bir yerə köçürülməsini nəzərdən keçirə bilmərik. Lakin, biz onlar üçün ən uyğun variant üzərində düşünürük" - Abdulla deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR