AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampdan yəhudilərə: “Amansız qatillərsiniz” — VİDEO

  • + A
  • - A
  • 12-12-2019, 08:36

    Trampdan yəhudilərə: “Amansız qatillərsiniz” — VİDEO

    ABŞ Prezidenti Donald Tramp Floridada İsrail Amerikan Şurasının (IAC) zirvə görüşündə qalmaqallı sözlər işlədib.
    "Ölkə.Az" “Haber7”yə istinadən xəbər verir ki, Tramp növbəti seçkilərdə yəhudilərin ona səs verməsi üçün bəzi sərt sözlər deyib.

    ABŞ Prezidenti deyib ki, yəhudilərin gözü puldan başqa bir şey görmür:

    “Bir çoxunuz əmlak işindəsiniz və sizi yaxşı tanıyıram. Sizlər amansız qatillərsiniz. Yaxşı insanlar da deyilsiniz. Amma mənə səs vermək məcburiyyətindəsiniz. Başqa yolunuz yoxdur. Elizabet Uorrenə səs verməyəcəyinizi bilirəm. Məndən xoşunuz gəlməsə də, bilirəm ki, buradakı bəziləri sərvət vergisinə səs verəcək deyillər. Əslində bəziləri mənim də xoşuma gəlmir. Mənim ən böyük dəstəkçilərim sizlər olacaqsınız. Çünki onlar qazansalar hamınız 15 dəqiqə içində işsiz qalacaqsınız”.
    Maraqlısı budur ki, onun bu çıxışını zalda alqışlayanlar da olub.

    İsraili və yəhudiləri daima daim dostu adlandıran Trampın bu sözləri sosiual şəbəkədə isə birmənalı qarşılanmayıb. O, anti-semitik adlandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR