Tramp kraliçanın gəlinini əxlaqsız adlandırdı — YENİ İDDİA
ABŞ prezidenti Donald Trampın bu gün İngiltərəyə rəsmi səfəri başlayacaq.
Səfər ərəfəsində Trampın Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl üçün əxlaqsız dediyi iddia edildi. Hətta onun bu ifadəni işlədən səs yazısının da olduğu deyilir. Tramp isə iddiaları yalanlayır və məsələ ilə bağlı çıxan xəbərlərin saxta olduğunu deyir.
İngiltərə kral ailəsinə gəlin gəlmədən əvvəl ABŞ-da aktrisa olan Meqan Trampın çıxışlarını və siyasi gedişlərini tənqid edir. Markl 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində də Hillari Klintonu dəstəklədiyini açıqlamışdı. O, Tramp üçün “qütbləşdirici” və “qadın düşməni” demişdi.
“The Sun” qəzetində müsahibəsində Trampdan Meqan haqqındakı fikirləri soruşulub. ABŞ prezidenti isə “Bilmirdim. Nə deyə bilərəm ki? Əxlaqsız olduğunu bilmirdim” deyib. Bundan başqa Tramp Marklın kral ailəsinə üzv olmasına görə məmnun olduğunu deyib və Meqanın çox yaxşı şahzadə olacağını bildirib. Qəzet isə səs yazısını yayımlayıb.
Tramp dünən axşam Tvitterdə tvit ataraq “Meqana heç vaxt əxlaqsız deməmişəm. Yalan xəbər mətbuatının istehsal etdiyi bir saxtakarlıqdır” yazıb.