AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu

  • + A
  • - A
  • 21-01-2020, 09:48

    İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu


    İŞİD terror təşkilatının yeni lideri onun ideoloqlarından biri olan Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maul seçilib.

    Bu məlumatı “Qardian” yayıb. Qəzet Əmir Əbdül Rəhmanın İŞİD-in keçmiş lideri Əbubəkr Bağdadinin yaxınlarından biri olduğunu yazıb. Onun əslən İraqdan olduğu vurğulanıb.

    ABŞ bu şəxsin yaxalanmasıyla bağlı verilən informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.

    “Qardian” Bağdadi ilə Rəhmanın 2004-cü ildə ABŞ-ın İraqdakı Kemp-Bukka həbs düşərgəsində tanış olduğunu bildirib. Əmir Əbdül Rəhmanın qruplaşmanın təsisçilərindən biri olduğu və onun ideologiyasının yaranmasında yaxından iştirak etdiyi vurğulanıb.  /Axar.az/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR