AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran koronavirusa görə səfərbər oldu — Silahlı Qüvvələr də hərəkətə keçdi

  • + A
  • - A
  • 24-02-2020, 09:00

    İran koronavirusa görə səfərbər oldu — Silahlı Qüvvələr də hərəkətə keçdi


    İranın Silahlı Qüvvələri yeni növ koronavirusla mübarizəyə qoşulacaq.
    Trend xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.

    H.Ruhani bildirib: "Bütün dövlət orqanları, Silahlı Qüvvələr, ictimai təşkilatlar insanların sağlamlığı üçün lazımi tədbirləri görəcəklər. Biz minimal itki ilə və ən qısa müddətdə xəstəliyyi nəzarət altına almaq istəyirik".

    Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfər çatıb. Virus nəticəsində 8 nəfər dünyasını dəyişib. İslam Respublikasında yeni növ koronavirusun yayılması səbəbi ilə Türkiyə, Əfqanıstan, Pakistan və Gürcüstan da daxil olmaqla bir sıra ölkələr İranla sərhədini bağlayıb, uçuşları dayandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR