Ermənistandakı raketlər aktiv vəziyyətə gətirildi
Rusiya bölgəyə hərbi qüvvələr gətirib
Azərbaycanın aprel ayının 16-da başladığı genişmiqyaslı təlimlərdən sonra Ermənistan əl-ayağa düşüb. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.
Bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.
Təlimlərdə 500 hərbçi və 100-dən artıq hərbi, o cümlədən "Buk-М1-2" raket-zenit kompleksi, С-300B, Erenburidəki Rusiya hərbi bazasının "Мiq-29" qırıcıları, "Мi-24P" və "Мi-8МТ" helikopterləri iştirak edəcək.
Təlim iştirakçıları mürəkkəb hava və yerüstü mühit şəraitində hava hədəflərini yaxalayacaq, Kamxud və Alagöz yüksək dağlıq ərazilərindəki poliqonlarda hərbçiləri zenit raket kompleksləri ilə məşq edəcəklər.
Təlimlər Cənubi Qafqazdakı Rusiya birləşmələrinin qış dövri təlimlərinə nəzarət yoxlamaları çərçivəsində keçirilir.