Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” əməliyyatında Silahlı Pilotsuz Uçuş Aparatları rejim əsgərlərinə ağır zərbələr vurub.
Əsədin ən böyük dəstəkçisi olan Rusiyanın istehsalı olan “Pantsir S-1” hava hücumundan müdafiə sistemi Sərakib qəsəbəsi yaxınlığında məhv edilib.
Hadisə zamanı sistemin radiolakasiya dalğaları aktiv şəkildə olub. Buna baxmayaraq, türklərin PUA və SPUA-larını təsbit edə bilməyib.
Qeyd edək ki, “Pantsir S-1” sisteminin 15 milyon dollar dəyəri var. (publika.az)