Türkiyədə terror aktının qarşısı alındı
Türkiyədə terror aktının qarşısı alınıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Adanada terrorçunun saxlanıldığı avtomobildə 20 kilo, onun tərəfindən yol kənarında yerləşdirilmiş 17 kilo partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.
Saxlanılan terrorçunun PKK qruplaşmasının tapşırığı ilə Türkiyə ərazisində terror aktı törətməyi planlaşdırdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.