Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır - Təxribat
Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb
"Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr hava qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.
"Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub” –deyə "Yell Extreme Park” laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
Təxminən gün ərzində 20-yə qədər davam edəcək uçuşların təkcə Şuşaya deyil, həmçinin, Kəlbəcər ərazisindəki alban monastırı istiqamətində gerçəkləşəcəyi bildirilir.
Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan Yerevana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi. (modern.az)