Müsəlmanların ABŞ-a girişinə qadağa....
Donald Tramp 6 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qadağanın tətbiqi üçün Ali Məhkəməyə müraciət edib
Tramp Ali Məhkəmədən müsəlmanların ölkəyə girişinə qadağa qoyacaq qanunun qəbulunu tələb edir.
Qeyd edək ki, Tramp hakimiyyətinin ilk günlərində Liviya, Suriya, Sudan, Yəmən, Somali və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyacaq qanunu imzalamış, lakin qanunun icrası federal hakim Ceyms Robartın verdiyi qərarla dayandırılmışdı. Hakim bildirmişdi ki, bu qərar ABŞ konstitusiyasına ziddir. (CNN)