Türkiyə tarixin ən böyük əməliyyatına başladı
Türkiyədə 3 min polisin iştirakı ilə narkotik ticarətinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, paytaxt Ankarada keçirilən əməliyyat 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı şəhid olan təhlükəsizlik komandiri Cüneyt Bursanın adını daşıyır.
Əməliyyatın gedişatında indiyə kimi 200-dən çox şübhəli saxlanılıb. Təhlükəsizlik səlahiyyətlilərinin “Türkiyənin ən böyük narkotik əməliyyatı” adlandırdığı əməliyyat davam edir.