Sensasiya : Birləşmiş Ərəb Əmirlikləri Fələstin torpaqlarını satın alaraq israillilərə satırmış
Birləşmiş Ərəb Əmirlikləri Fələstində daşınmaz əmlak satın alaraq, bunları xarici ölkələrdən İsrailə gələn yəhudilərə satıb.
Avropa.info xəbər verir ki, bu haqda Qəzzada fəaliyyət göstərən “Qaza Now” (İndi Qəzza) saytı məlumat yayıb.
Sayt İslami Hərəkət lideri Raid Salahın bir televiziya proqramında verdiyi açıqlamanı yayıb.
Salah, Birləşmiş Ərəb Əmirliklərinin Fələstində daşınmaz əmlak satın alaraq, bunları xarici ölkələrdən İsrailə gələn yəhudilərə satdığını bildirib. O, belə halların ən çox Qüdsdə baş verdiyini deyib.
Qeyd edək ki, Raid Salah və müavini Kamal Hatib 2015-ci ildə də bu məsələni gündəmə gətirmişdilər.
BƏƏ-nin Körfəzdə baş verən Qətər böhranında də ən əhəmiyyətli aktyorlardandır. Bu ölkə böhrandan sonra, Qətərə göndərdiyi 13 maddəlik tələbnaməsində rəsmi Dohadan Türkiyə hərbi bazasını bağlamağı tələb edirdi.
Həmçinin, BƏƏ-nin Türkiyədəki çevriliş cəhdində də FETÖ-yə maddi dəstək verdiyi iddia edilir.