AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə milli komandasının futbolçusu həbs edildi

  • + A
  • - A
  • 29-07-2017, 11:02

    Türkiyə milli komandasının futbolçusu həbs edildi















    “Fenerbahçe” və “Başakşehir” klublarının, eləcə də Türkiyə millisinin heyətində çıxış etmiş Bəkir İrtegün həbs edilib.

    “Hürriyet” yazır ki, İrtegünün "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) internetdə kriptolu xəbərləşmə proqramı olan "ByLock" istifadəçisi olduğu müəyyənləşdirilib.

    Onun daha əvvəl ölkə xaricinə getmək cəhdi polis tərəfindən əngəllənib və ölkədən çıxışına qadağa qoyulub. Bundan sonra futbolçu prokurorluğa müraciət edərək telefonuna "ByLock" proqramının kim tərəfindən yükləndiyi və kimlərlə danışdığı barədə məlumat verib. Prokurorluq isə onun həbsinə sanksiya verib.

    Bəkir bu gün İstanbul polis idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə gedərək təslim olub.

    Qeyd edək ki, Bəkir İrtegünün son komandası "Başakşəhər" olub. Klub onunla müqaviləni ləğv edib.(virtualaz.org)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR