Maldivin xarici işlər naziri Abdulla Şahid BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib.
AzadMedia.az xəbər verir ki, o, sədrlik vəzifəsində Volkan Bozkırı əvəzləyəcək.
A.Şahidin rəqibi isə Əfqanıstanın xarici işlər naziri Zalmai Rasul olub.
Seçkilərdə A.Şahid 143 ölkənin dəstəyini alıb, Z.Rasul isə 48 səslə kifayətlənməli olub.
A.Şahid sentyabrın 14-də vəzifəni Volkan Bozkırdan təhvil alacaq və 2022-ci ilin sentyabrına qədər bu vəzifəni icra edəcək.
Abdulla Şahid
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.