İraq parçalanır? - Nazir açıqladı

Heç bir ölkə İraqın parçalanmasının tərəfdarı deyil.
Axar.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər naziri İbrahim Cəfəri deyib.
Nazir beynəlxalq ictimaiyyətin İraqın bütövlüyünün tərəfdarı olduğunu bildirib:
“Hər hansı bir ölkənin parçalanma məsələsinə dəstək verdiyinin şahidi olmadıq. Onlar tam əksinə, İraq hökumətinin yanında yer aldılar. İraq xalqı həmrəydir və bir neçə etnik ünsürdən ibarətdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.