İrandan "Amerikaya ölüm" şüarı ilə növbəti addım
İran ABŞ-ın son sanksiya qərarından sonra bu ölkəyə qarşı ilk addımı atıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-a lazımi cavabı verəcəklərini deyən İran höküməti ballistik raket sınaqlarının keçirilməsi üçün maddi vəsaitin ayrılması barədə qanunu qəbul edib. İran parlamentində "Amerikaya ölüm" şüarı ilə təşkil edilən səsvermədə qanun qəbul edilib və İslam İran İnqilab Keşikçiləri Ordusu üçün 520 milyon dollar vəsait ayrılması barədə qərar verilib. Parlamentdəki 247 vəkildən 240-ı bu qanunun lehinə səs verib.
Qeyd edək ki, ABŞ sanksiya qərarını İranın raket sınağı və Mərkəzi Asiyadakı terror qruplarına dəstəyinə görə verib.