Türkiyədə dəhşətli zəlzələ olacaq: Professor həyəcan təbili çaldı
Türkiyədə güclü zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edilib.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir proqnozla Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri, professor Haluk Özener çıxış edib.
Onun sözlərinə görə, zəlzələnin dəqiq tarixini deməyə çətinlik çəksə də, Mərmərəyə yaxın ərazidə Rixter şkalası ilə yeddi bal civarında yeraltı təkanlar olacaq.
Professor verdiyi proqnozun detallı izahını verməyib.
Qeyd edək ki, Türkiyə ərazisi seysmik fəal zona hesab olunur.