“Moskva və Pekin terror təşkilatlarının Əfqanıstanı öz məqsədləri üçün istifadə edəcəkləri bir yerə çevrilməsinin qarşısını almalıdır”.
Bunu NATO Baş katibi Yens Stoltenberq “Sunday Telegraph”a açıqlamasında deyib.
“Rusiya və Çin də daxil olmaqla, beynəlxalq aləmin Əfqanıstanın terror təşkilatlarının istədikləri kimi hərəkət edə biləcəyi, ölkələrimizə qarşı hücumlar hazırlaya biləcəyi, təşkil edə biləcəyi, planlaşdıra biləcəyi və maliyyələşdirəcəyi bir yer halına gəlməsinin qarşısının alınması məsələsinə qatılıram”, - baş katib bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.