Türkiyədə daha bir dəhşətli terror - FOTOLAR - VİDEO (16+) / YENİLƏNİR
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib
İzmir şəhərində partlayış baş verib. Ədliyyə binası yaxınlığında atışma baş verib və nəticədə 2 terrorçu öldürülüb. 1 terrorçunun qaçdığı deyilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.
Partlayış məhkəmə binasının C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən yerdə törədilib.
Partlayış zamanı 11 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə ən yaxın xəstəxanalara aparılıblar.