Efiopiyanın paytaxtı Əddis-Əbəbədə BMT-nin əməkdaşları saxlanılıb.
Bu barədə BMT Baş katibi Antoniu Quterreşin ofisi məlumat yayıb.
Məlumatda deyilir ki, BMT öz əməkdaşlarının azad edilməsi tələbi ilə Efiopiya hökumətinə nota göndərib.
Qeyd edək ki, ötən həftə BMT-nin Baş katibi Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və baş nazir Abiy Əhməd Əliyə dialoqa şərait yaratmaq üçün kömək təklif edib.
Hazırda Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir. 1991-2018-ci illərdə Efiopiyada hakimiyyətdə olmuş "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.