BMT baş katibi Antoniu Quttereş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
AzadMedia.az xəbər verir ki, bu barədə A.Quttereşin ofisi məlumat yayıb.
Qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə İrəvan arasında dialoqu müzakirə ediblər.
“Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər çəkən insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayıb”, - xəbərdə deyilir.
Quterrişin ofisində həmçinin əlavə ediblər ki, BMT rəhbəri Azərbaycana Qoşulmama Hərəkətina sədr kimi diplomatik işinə görə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.