Meksikada ölənlərin sayı durmadan artır — 369 ölü + VİDEO
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 369 nəfərə çatıb.
Bu barədə ölkənin milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente “Twitter” sosial şəbəkəsindəki hesabında yazıb.
Bundan əvvəl isə ölənlərin sayının 317 nəfər olduğu bildirilmişdi.
Puente sosial şəbəkədə qeyd edib ki, 228 nəfər Mexiko şəhərində həlak olub. Zəlzələ Oahaka, Puebla, Herrero, Mexiko və Morelos ştatlarında insanların ölümünə səbəb olub.
Qeyd edək ki, zəlzələ 8,2 bal gücündə Tonala şəhərindən 137 kilometr cənub-şərqdə baş verib. Zəlzələnin episentrinə daha yaxın olan Çyapas ştatının 122 bələdiyyəsində fövqəladə vəziyyət elan edilib. Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.