AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putindən çox vacib açıqlama — DÜNYAYA ÇAĞIRIŞ

  • + A
  • - A
  • 15-10-2017, 11:21

    Putindən çox vacib açıqlama — DÜNYAYA ÇAĞIRIŞ














    Beynəlxalq hüquq eroziyaya uğrayıb.

    Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində Parlamentlərarası ittifaqın assambleyanın açılışında çıxış edərkən deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların istənilən mövzuda dialoqa girmək cəhdləri nəticəsiz qalır.

    “Çox təəssüf ki, beynəlxalq qanunlar artıq eroziyaya uğrayır”, - deyə Putin bildirib.

    Rusiya lideri onu da vurğulayıb ki, terrorla mübarizə adı altında bəzi qüvvələr və ölkələr ikili standartlardan çıxış edir: “Rusiya əmindir ki, terrorla ikili standartlar olmadan, radikalların siyasi məqsədlərlə istifadə etmədən mübarizə aparmaq lazımdır. Terrorla mübarizə adı altında başqa amallara qulluq etmək olmaz”.
    Putin çıxışı zamanı başqa ölkələrin daxili işlərinə qarışan dövlətlərə də müraciət etməyi unutmayıb:

    “Müasir dünyada şablon inkişaf modelləri yoxdur və ola bilməz. Hər bir dövlətin öz gələcəyini istədiyi formada qurmağa hüququ var. Bu məsələ BMT Nizamnaməsinə daxil edilib. Başqa dövlətlərin daxili işlərinə qarışma kimi hallar dünyada gərginlik yaradır. Belə qüvvələrin səyi nəticəsində Yaxın Şərqdə və Şimali Afrikada sabitliyin pozulmasına, terror hallarının artmasına səbəb olub”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR