AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ABŞ təhlükəsizlik zəmanəti verməsə, cavab çox fərqli ola bilər” - Putin

  • + A
  • - A
  • 26-12-2021, 14:40

    “ABŞ təhlükəsizlik zəmanəti verməsə, cavab çox fərqli ola bilər” - Putin

    “Əgər ABŞ və NATO Rusiyaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Moskvanın cavabı çox fərqli ola bilər, variantların seçimi hərbi ekspertlərin tövsiyələrindən asılı olacaq. Bu, bizim hərbi mütəxəssislər mənə edəcək təkliflər asılıdır”.

    AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bunu bazar günü “Rossiya-1” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putin deyib.


    Eyni zamanda, Prezident vurğulayıb ki, Rusiya bu məsələ ilə bağlı danışıqların müsbət nəticələrinə nail olmağa çalışacaq:

    “Ümid edirəm ki, hər şeyə baxmayaraq, biz bu diplomatik proses nöqteyi-nəzərindən nəyisə qaralamaq və dayandırmaq üçün təklif etməmişik. Biz qanuni olaraq təklif etdiyimiz sənədlər çərçivəsində bunun üçün çalışacağıq”, - deyə Putin əlavə edib.

    Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları ilə təhlükəsizlik zəmanətləri, habelə Rusiya Federasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlər üçün təhlükəsizlik tədbirləri haqqında sazişlərin layihələrini dərc edib. Onlar dekabrın 15-də Rusiya diplomatik xidmətində keçirilən görüşdə Amerika tərəfinə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR