Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binası yanğın nəticəsində çöküb.
Bu barədə Cənubi Afrikanın "News24" xəbər portalı məlumat yayıb.
Yanğının söndürülməsinə əvvəlcə 6 yanğınsöndürmə briqadası və 36 yanğınsöndürən gəlib, daha sonra əlavə qüvvələr cəlb olunub.
***10:54
Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.
Yanğın binanın damında başlayıb və hazırda binanın içərisinə keçib. Yanğının söndürülməsi üçün hadisə yerinə əlavə yanğından mühafizə bölmələri cəlb edilir.
Ölən və xəsarət alanlar, həmçinin yanğını səbəbi barədə məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.