AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada çap mediasının dövlət dilində buraxılması tələbi qüvvəyə minib

  • + A
  • - A
  • 16-01-2022, 12:47

    Ukraynada çap mediasının dövlət dilində buraxılması tələbi qüvvəyə minib

    Ukraynada yanvarın 16-da qəzet və jurnalların nəşrində dövlət dilindən istifadə haqqında qanunun norması qüvvəyə minib. Azadmedia.az rus kiv-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna dilinin müdafiəsi üzrə komissarı Taras Kremin öz Facebook səhifəsində məlumat verib.
    Onun sözlərinə görə, yenilik dövlət dilinin ictimai məkanda varlığını artıracaq və onun dövlət dili statusunu möhkəmləndirəcək.
    Yeni qaydalara əsasən, çap mediası yalnız tirajın ən azı 50%-i Ukrayna dilində dərc olunarsa, başqa dillərdə nəşr oluna bilər. 2024-cü ilin iyul ayına qədər bu dəyişikliklər Krım tatar dilində və Aİ ölkələrinin dillərində olan nəşrlərə, eləcə də regional mediaya şamil edilmir.
    2019-cu ilin aprelində Ali Rada bütün mədəni tədbirlərin dövlət dilində keçirilməsini məcbur edən Ukrayna dili haqqında qanun qəbul edib. Telekanallar verilişlərin 90%-ni Ukrayna dilində göstərməlidir.
    Ukrayna prezidenti Vladimir Zelenski dövlət dili haqqında qanunun mümkün pozuntularına görə yoxlanılacaq. Mətbuat konfransı zamanı dövlət başçısı bir neçə dəfə rus dilinə keçib.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR