Pekin və Seul Şimali Koreyaya qarşı
Pekin və Seul Koreya yarımadasındakı nüvə probleminin həlli üçün daha aktiv əməkdaşlıq barədə razılığa gəlib.
Danışıqlar Çinin paytaxtı Pekində baş tutub. Çinin XİN rəhbərinin müavini Kun Suyan Yu və Cənubi Koreya xarici işlər nazirliyinin Koreya yarımadasında sülh məsələləri üzrə xüsusi nümayəndəsi Li Do Xun görüşüb.
Tərəflər Cənubi Koreya ərazisinə ABŞ-ın "THAAD" mobil kompleksinin yerləşdirilməsinin məqsədə uyğunluğunu da müzakirə ediblər. Pekin məsələ ilə bağlı narahatçılığını dilə gətirib. Seul nümayəndəsi öz növbəsində qeyd edib ki, Cənubi Koreya hökuməti Pekinin mövqeyini diqqətə alır.
Koreya Respublikası prezident administrasiyasının milli təhlükəsizlik üzrə idarəsinin rəis müavini Nam Qvan Pxyo deyib: "Biz Çinin maraqlarına zərbə vurmaq niyyətində deyilik. ABŞ-ın mobil kompleksi regionda üçüncü ölkəyə qarşı yönəlməyib".