AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RLDP Jirinovskinin ölümü ilə bağlı xəbərlərə inanmamağa çağırıb

  • + A
  • - A
  • 13-02-2022, 18:00

    RLDP Jirinovskinin ölümü ilə bağlı xəbərlərə inanmamağa çağırıb

    RLDP Mərkəzi Aparatının rəhbərinin birinci müavini, Dövlət Dumasının deputatı Sergey Karginov RİA Novosti-yə bildirib ki, RLDP Vladimir Jirinovskinin guya ölümü ilə bağlı müdaxilə edənlərin yalan zəngləri ilə bağlı partiya üzvlərinə izahat göndərib.
    Azadmedia.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, gecə telefon zəngləri “bütün ölkədə olub”. "Biz vəziyyəti izah etdik ki, bu yalan və əsassızdır", - deyən deputat əlavə edib ki, özünə də dəfələrlə belə zənglər olub və o, artıq Baş Prokurorluğa, İstintaq Komitəsinə, Roskomnadzor və FSB-yə müraciət etdiyini vurğulayıb. Karqinovun sözlərinə görə, zənglər saxta telefon nömrələrindən olub.

    Daha əvvəl Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat vermişdi ki, RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovskinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

    Xatırladaq ki, RLDP lideri fevralın 2-dən COVID “omikron” diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanadadır.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR