Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Avropa Şurasının prezidenti Şarl Mişellə müzakirələr aparmağı planlaşdırır.
Bu barədə o, rəsmi "Twitter" hesabında yazlb.
Məlumata görə, tərəflər Rusiya Prezidenti Vladimir Putin tərəfindən qondarma rejimlərin tanınması qərarını müzakirə edəcəklər.
"Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Boris Consonla mövcud vəziyyəti müzakirə etdik. Avropa Şurasının prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələr planlaşdırılır", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.