İran zəlzələ qurbanlarının xatirəsinə milli matəm elan edib
İran höküməti 14 noyabr tarixini zəlzələ qurbanlarının xatirəsinə milli matəm günü elan ediblər.
AZTB.info Trend-ə istinadən bildirir ki, bundan əvvəl Kermanşah əyalətində zəlzələ qurbanlarının xatirəsinə 3 günlük matəm elan olunmuşdu.
Qeyd edək ki, İranda 7,2 və 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 450-yə yaxın insan həlak olub, 7 mindən artıq isə xəsarət alıb.