Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden Varşava şəhərində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.
Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Ağ Evin daha əvvəl yaydığı məlumatda bildirilib ki, Bayden Kuleba və Reznikov ilə görüşə onların amerikalı həmkarları, ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ilə gələcək.
Agentlik yazır ki, Bayden görüş başlayandan təxminən bir saat sonra onlara qoşulub və təqribən 40 dəqiqə görüşdə iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.