AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ruslar ukraynalıları əylənmək üçün öldürürlər" - Zelenski

  • + A
  • - A
  • 31-03-2022, 16:30

    "Ruslar ukraynalıları əylənmək üçün öldürürlər" - Zelenski


    Ukraynada rus əsgərləri minlərlə insanı əylənmək üçün öldürməyə başlayıb.

    Bunu prezident Vladimir Zelenski Niderland Krallığının parlamentinə müraciətində deyib.

    “Yüzlərlə uşaq, minlərlə insan öldürülüb, on minlərlə ev dağıdılıb, şəhər və kəndlər yandırılıb, rus qoşunları işğal olunmuş ərazilərdə qadınları zorlayır, əllərindən gələni, tapdıqları hər şeyi oğurlayırlar. Daha bir növ hərbi uğur qazanmaq üçün öldürmürlər, onlar bunu əyləncə üçün edirlər", - deyə o, deyib.

    O, həmçinin hərbi cinayətləri törədən bütün şəxslərin məsuliyyətə cəlb edilməsinin zəruriliyini vurğulayıb və beynəlxalq ədalətin paytaxtı olan Hollandiyanın Haaqa şəhərinin bunu necə edəcəyini dəqiq bildiyinə və edəcəyinə əminliyini ifadə edib.

    “Bu, Rusiya dövlətinin bağışlaya bilməyəcəyi müharibədir. Yüzlərlə cinayətə görə cinayət əmri verənlərin, cinayət sifarişlərini icra edənlərin və bu cinayət sifarişlərini siyasi ört-basdır edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir”, - deyə prezident bildirib.

    Zelenski əlavə edib ki, rus işğalçılarının cinayətləri cəzalandırılmalıdır. Onun sözlərinə görə, deportasiyalar, kütləvi qətllər, mülki infrastrukturun dağıdılması, xəstəxanaların bombalanması - bütün bunlara demokratik ictimaiyyət cavab verməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR