İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İrandakı büstlərindən birinə qarşı hörmətsizlik edilib.
AZTB.info modern.az-a istinadən bildirir ki,naməlum şəxslər şairin Məşhəd şəhərindəki büstünü küt alətlə bir neçə yerdən dağıtmağa çalışıb. Nəticədə, büst yararsız hala düşüb. Büstün baş hissəsi bir neçə yerdən sındırılıb.