Yunanıstan hakimiyyəti Yunanıstanda akkreditə olunmuş Rusiya Federasiyasının diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi bəyanatda bildirilir.
“Onlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq arzuolunmaz şəxslər elan ediliblər”, - deyə məlumatda vurğulanır.
Baş katib səlahiyyətlərini icra edən nazirlik rəsmisi bu qərarla bağlı Rusiya səfirini məlumatlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.