Mülki şəxslərin bugünkü təxliyəsi üçün 10 humanitar dəhlizlə bağlı razılıq əldə edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk məlumat verib.
“Mariupoldan Zaporojyeyə keçmək istəyənlər yalnız şəxsi avtomobillər vasitəsilə gedə biləcəklər.
Berdyansk şəhərinə isə təxliyə üçün avtobus göndəriləcək. Tokmak, Enerqodar və Melitopoldan Zaporojyeyə keçmək istəyənlər üçün humanitar dəhliz açıq olacaq”, - Vereşçuk deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.