Suriya abad edilir — 45 suriyalı vətənə qayıdıb
Suriyada İŞİD terrorçularının əlindən xilas edilən torpaqlarda abadlıq işləri aparılır.
“Ölkə.Az” xəbər verir ki, bu səbəbdən torpaqlarından qaçan suriyalı qaçqınlar yurdlarına qayıdırlar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, hər gün azı 45 suriyalı vətənə qayıdır.
“Gün ərzində 45 suriyalı torpaqlarına qayıdır. Onlara evlərini yenidən tikmək və yaşayış üçün lazım olan yardım göstərilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Suriyanın Aleppo, Homs, Deyr əz-Zor şəhərlərində insanların yaşayışı üçün yenidənqurma işləri aparılır. Burada 500-ə yaxın evin tikintisinə başlanılıb. Ümumilikdə 250 suriyalı vətənə qayıdıb.