AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mənə Avropa ölkələrindən dəvətlər gəlir” — Mixeil Saakaşvili əsəbləşdi

  • + A
  • - A
  • 22-12-2017, 10:28

    “Mənə Avropa ölkələrindən dəvətlər gəlir” — Mixeil Saakaşvili əsəbləşdi














    Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili bildirib ki, Hollandiyaya getmək üçün ona viza lazım deyil.
    “Ölkə.Az” xəbər verir ki, bu barədə Mixeil Saakaşvili özü açıqlama verib. Onun sözlərinə görə, hələlik Avropa ölkələrinə getmək fikri yoxdur.

    “Mən hələ Ukraynadayam. Burada öz mübarizəmi davam etdirirəm. Mənim Avropaya getmək fikrim yoxdur. Lakin istədiyim vaxt Avropaya gedə bilərəm. Mənə bir neçə Avropa ölkəsindən dəvət gəlib. Həmçinin Niderland vətəndaşlığını da qəbul etmək üçün dəvət ediblər”, - deyə Mixeil Saakaşvili bildirib.
    Qeyd edək ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR