Mixeil Saakaşvili Yeni ili çadırda qarşıladı
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Yeni il Rada yaxınlığında bir çadırda qarşılayıb.
AZTB.info xəbər verir ki, bu barədə Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, 2018-ci ili yaxın dostların və əziz insanların əhatəsində qarşılayıb.
“Biz bu ili çox çətin və mübariz şəkildə yekunlaşdırdıq. Ümid edirəm ki, gələn Yeni ili Ali Radada qalib kimi qarşılayarıq. Həmin vaxt ötən ilə baxıb həm qürrələnərik, həm də çətin anlarımızı yada salarıq”, - deyə M. Saakaşvili bildirib.
Qeyd edək ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.