Finlandiyada prezident seçkiləri üçün ilkin səsvermə başlayacaq
Yanvarın 17-də Finlandiyada prezident seçkiləri üçün ilkin səsvermə başlayacaq. İlkin qaydada yanvarın 23-nə qədər səs vermək olar. İlkin səsvermə məntəqələri supermarketlərdə, kitabxanalarda və poçt şöbələrində yerləşir.
Xarici ölkələrdə olanlar Finlandiyanın diplomatik nümayəndəliklərində səs verə bilərlər.
Mövcud qanunvericiliyə görə, prezident seçkiləri yanvarın dördüncü bazar günü, yəni yanvarın 28-də keçiriləcək. Ehtimal olunan ikinci tur fevralın 11-nə nəzərdə tutulub. Prezidentliyə namizədlər aşağıdakılardır: Sauli Niinistyö (seçki birliyi), Merya Küllyönen (Solçu Qüvvələr İttifaqı), Pekka Haavisto (“Yaşıllar”), Matti Vanhanen (“Mərkəz”), Laura Huhtasaari (“Həqiqi finlər”), Tuula Haataynen (Sosial Demokrat Partiyası), Paavo Vyayuryunen (müstəqil namizəd), Nils Turvalds (İsveç Xalq Partiyası).