ABŞ-dan yeni açıqlama: "Türkiyə bizə xəbərdarlıq etdi"
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyənin həyata keçirdiyi "Zeytin Dalı" əməliyyatı ilə bağlı yeni açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, Pentaqon rəhbəri açıqlamasında Türkiyənin ABŞ-ı xəbərdar etdiyini bildirib.
Mettis deyib: "Türkiyənin təhlükəsizlik məsələsində narahatçılığı var idi. Bu mövzuda Türkiyə açıq sözlü idi və hava hücumu məsələsində bizi əvvəlcədən xəbərdar etdi".