Tehran-Frankfurt reysi ilə uçan təyyarənin eniş şassisində meyit tapılıb. Azadmedia.az xəbər verir ki, insan cəsədi Frankfurtda eniş etdikdən sonra təyyarənin texniki hissəsində tapılıb. Dərhal Lufthansa təyyarəsi yedəyə alınaraq işçilərin tapdığı anqara aparılıb.
Mütəxəssislər bildirir ki, uçuş zamanı kupedə temperatur təxminən mənfi 60 dərəcə olur. 5 min metrdən yuxarı hündürlükdə hipoksiya yaranır və insan sadəcə boğulur.
İsrail mediasından tərcümə etdi: Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.