Cümə günü gecə bir adam San-Fransiskoda Pelosi cütlüyünün evinə hücum edib. Hadisə zamanı Spiker Nensi Pelosi evdə olmayıb. Cinayəti törədən şəxs Pelosinin 82 yaşlı əri Paula hücum edərək “Nensi haradadır, Nensi haradadır?” deyə qışqıraraq onun başına çəkiclə zərbələr endirib.
Azadmedia.az İsrail tbuatına istinadən xəbər verir ki, spikerin evi mühafizə olunur, polis dəstəsi hadisə yerinə tez gəlib. Yaxalanarkən təcavüzkarın əlində çəkic olub, onu ev sahibinin əlindən qoparıb.
San-Fransisko polis rəisi Bill Skott mətbuat konfransında hücum edənin adını çəkib. Bu, 42 yaşlı David Depapedir.
Paul Pelosi və Depape xəstəxanaya aparılıb, Paul neyrocərrahiyyə əməliyyatı keçirib.
Cinayətin motivləri və mənşəyi hələlik məlum deyil.
Nensi Pelosi ABŞ Demokratik Partiyasının ən nüfuzlu liderlərindən biridir. Onun əri Paul vençur kapitalistidir. Cütlük 59 il birlikdə yaşayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.