Cənubi Koreya Prezidenti Yun Sok Yol Seulda baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
Bu barədə YTN telekanalı məlumat yayıb.
“Bu gündən vəziyyətin aradan qaldırılması başa çatana kimi ölkədə milli matəm elan edirəm”, - prezident bildirib.
Qeyd edək ki, dünən Seulun mərkəzindəki İtxevon küçəsində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdiham zamanı 151 nəfər həlak olub, 150-dən çox insan isə yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.